Dindarların məsciddə öldürdüyü azərbaycan şairi | Seyid Əzim Şirvani
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
M.F.Axundzadə 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Əsərin mövzusu, süjeti İran tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Mənbələr üzrə aparılan araşdırma əsərin mövzusu barədə əhatəli fikir deməyə imkan yaradır.
Əsərdə maraqlı insan obrazları yaradılmışdır. Onların fərdi xüsusiyyətləri ilə yanaşı, oxşar xüsusiyyətləri də vardır. Yusif Sərracla Şah Abbasın müqayisəsi onların xarakter, davranış, həyata baxışları arasındakı fərqin aşkara çıxarılmasına imkan yaradır.
Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.
Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.